Sərxoşluğun cəzası

    13.04.2015

Sərxoşedici içkilərin haram edilməsi:
Uca Allah buyurur: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər.  Artıq bu işə son qoyacaqsınızmı?»[1]
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «"Zinakar zina etdiyi zaman mömin deyildir, şərab (sərxoşedici içki) içən onu içdiyi zaman mömin deyildir»[2].
Abdullah ibn Amr (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İçki pisliklərin anasıdır. Kim içki içərsə onun qırx günlük namazı qəbul olunmaz. Kim içkili halda ölərsə cahiliyyət ölümü ilə ölmüş olar»[3].
İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İçki fahiş işlərin anası, günahların ən böyüyüdür. Kim içki içərsə anası, xalası və bibisi ilə olmuş kimidir»[4].
 
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İçkiyə düşkün olan insan, bütə ibadət edən kimidir»[5].
 
Əbu Dərda (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İçkiyə qurşanan insan cənnətə daxil olan deyil»[6].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İçki on baxımdan lənət olunmuşdur: Şərait yaradan, hazırlayan, hazırlatdıran, satan, alan, daşıyan, sifariş edən, gəlirini yeyən, içən və süzən»[7].

 
[1] əl-Maidə: 90-91.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7707.
[3] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: № 3344. Mucəmu –t- Təbərani əs-Səğir: № 3810.
[4] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: № 3345. Təbərani: 11/ 164/ № 11372.
[5] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2720. Silsilətus Səhihə: № 677. İbn Macə: 2/ 1120/ № 3375.
[6] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2721. Silsilətus Səhihə: № 678. İbn Macə: 2/ 1121/ № 3376.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2725. İbn Macə: 2/ 1121/ № 3380. Rəvayətin mətni onundur. Əbu Davud: 10/ 112/ № 3657.