İçki içən insan üçün bəd dua etmək olmaz
Ömər ibn əl-Xəttab (A.R.O.) deyir ki, Peyğəmbərin (S.A.V.) vaxtında Abdullah adlı bir kişi var idi. Onun ləqəbi eşşək idi. O, Peyğəmbəri (S.A.V.) güldürərdi. Peyğəmbər (S.A.V.) onu içki içdiyinə görə çubuqlamışdı. Bir gün onu yenə Peyğəmbərin (S.A.V.) yanına gətirdilər və çubuqlanması əmr olundu. Camaatdan bir nəfər dedi: Allahım ona lənət et. Onu məhkəməyə nə çox gətirirlər! Peyğəmbər (S.A.V.) dedi: «Onu lənətləməyin. Allaha and olsun ki, mən onun Allahı və rəsulunu sevdiyini bilirəm»[1].
Əbu Hureyrə (A.R.O.) deyir ki, Peyğəmbərin (S.A.V.) yanına bir nəfər sərxoş kişi gətirdilər və onu vurmağı əmr etdi. Bəziləri onu əl ilə, bəziləri ayaqqabı ilə, bəziləri isə paltarı ilə onu vururdu. O gedəndən sonra bir nəfər dedi: "Buna bax, Allah zəlil etsin!" Peyğəmbər (S.A.V.) dedi: «Qardaşınızın əleyhinə şeytana dəstək olmayın»[2].