Qisasın vacib olması üçün şərtlər

    13.04.2015

Qisas, yalnız bu şərtlərlə vacib sayılır:
1. Qatilin mükəlləf (məsuliyyət daşımaq iqtidarında) olması: Azyaşlı, dəli və ya yatmış (yuxuda olarkən cinayət etmiş) insana qisas vacib sayılmır. Çünki Peyğəmbər (S.A.V.) demişdir: «Üç insandan: həddi büluğa çatmamış uşaqdan, ağıllanmamış dəlidən və yuxudan oyanmayan kimsədən – qələn qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur)»[1].

2. Ölən insanın canının qorunması:
Yəni, öldürülən insanın qanı, aşağıdakı hədisdə deyilən səbəblərə görə halal olmamalıdır. Peyğəmbər (S.A.V.) demişdir: «Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verən müsəlmanın qanı, üç hal istisna olmaqla, haramdır: nəfsə nəfs olaraq qisas alma, zina edən evli adam və camaatı tərk edib dinindən üz çevirən adam»[2].
3. Öldürülən insan qatilin övladı olmamalıdır: Çünki Peyğəmbər (S.A.V.) demişdir: «Ata, övladını öldürdüyünə görə qisasla oldürülmür»[3].

4. Öldürülən insan kafir, qatil isə müsəlman olmamalıdır:
Demək Peyğəmbər (S.A.V.) demişdir: «Müsəlman qətlə yetirdiyi kafirə görə, qisasla öldürülmür»[4].

5. Öldürülən kölə, qatil isə azad insan olmamalıdır:
Həsən əl-Basri demişdir: «Azad insan qətlə yetirdiyi köləyə görə qisasla öldürülmür»[5].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3512.
[2] Buxari: 12/ 201/ № 6878. Müslim: 3/ 1302/ № 1676. Əbu Davud: 12/ 5/ 4330. Tirmizi: 2/ 429/ № 1423. Nəsai: 7/ 90. İbn Macə: 2/ 847/ № 2534.
[3] Hədis səhihdir. əl-İrva: № 2214. Tirmizi: 2/ 428/ № 1422. İbn Macə: 2/ 888/ № 2661.
[4] Həsənun səhih. Səhih Sünən Tirmizi: № 1141. Buxari: 12/ 260/ № 6915. Tirmizi: 2/ 432/ № 1433. Nəsai: 8/ 23.
[5] Rəvayət tabiinin sözü olaraq səhihdir (ərəb. Səhihun Məqtu). Səhih Sünən Əbu Davud: № 3787. Əbu Davud: 12/ 238/ № 4494. Cümhur (əksər) alimlərin rəyi belədir. Onlar bu barədə bir çox dəlillər gətirmişlər. Amma bütün dəlillərdə irad tutulan məqamlar vardır. Şeyx Şinqiti (Allah ona rəhmət etsin) "Ədvaul Bəyan" adlı kitabında bunları qeyd etmiş və sonra demişdir: «Sayca çox olan bu rəvayətlərin hər birinə irad tutmağa əsas olsa da, bu rəvayətlər bir-birinə güc verir və bu toplu dəlil olaraq yararlı olur. Azad insanın qətlə yetirdiyi köləyə görə qisasla öldürülməməsini deyən bu dəlilləri gücləndirən digər amil isə budur ki, bütün alimlər yekdilliklə demişlər ki, azad insanın köləyə yetirdiyi bədən xəsarətlərinə görə qisas düşmür. Əgər ondan bədən üzvlərinə görə qisas alınmırsa, demək onu öldürməyə görə də qisas alınmamalıdır. Kölənin bədən üzvlərinə zərər vuran azad insandan qisas alınmasının zəruri olmasını deyənlər, yalnız Davud əz-Zahiri və İbn Əbu Leyla olmuşdur. Azad insanın qətlə yetirdiyi köləyə görə qisasla öldürülməməsini dəstəkləyən digər amil budur: Demək, bütün alimlərin yekdillik rəyinə əsasən, azad insan səhvən qətlə yetirdiyi köləyə görə, onun sahibinə diyə deyil, kölənin qiymətini verməlidir. Bəziləri bu məsələni həmin kölənin qiymətinin diyədən çox olmaması ilə əlaqələndirmişlər. Məsələyə əsas verən digər amil budur: Əksər alimlərin rəyinə əsasən, köləni zinada ittiham edən azad insana cəza düşmür. Yalnız İbn Ömər, Həsən əl-Basri və Zahirilər belə halda cəzanın tətbiqini vacib saymışlar. Ələlxüsus əgər uşağın anası ittiham olunarsa» (müxtəsər şəkildə tərcümə edilmişdir).
[6] Rəvayət səhihdir. əl-İrva: № 2201. Malik: 628/ 1584. Şafii: 6/ 22 (bu mənbəni dəqiqləşdir: فع). Beyhəqi: 8/ 41.