Qazilik
Hökmü:
Qazilik fərzu kifayədir[1]. Rəhbərin, bölgələrdə insanlar arasında hökm versin deyə ehtiyac olan sayda qazi təyin etməsi vacibdir. Çünki Peyğəmbər (S.A.V.) özü insanlar arasında qazilik etmiş, Əlini (A.R.O.) qazilik üçün Yəmənə göndərmişdir. Həmçinin Raşidi Xəlifələr də qazilik etmiş və digər şəhərlərə də qazilər təyin etmişlər[2].