Qaziliyin təhlükəli olması
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim insanlar arasında hökm kəsmək üçün qazi təyin olunarsa, sanki bıçaqsız kəsilmişdir»[1].
Əbu Bureydə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qazilər üç qismdir, ikisi cəhənnəmlik, birisi isə cənnətlikdir: Haqqı bilib onunla hökm edən qazi cənnətlikdir. İnsanlar arasında cəhalətlə hökm edən və hökm verərkən qəsdən zülm edən qazi cəhənnəmlikdir»[2].