Döyüş əsirləri

    13.04.2015

Kafirlərdən götürülmüş əsirlər iki qismə bölünür:
Bir qism insan əsirliyi ilə kölə sayılır. Bunlar uşaq və qadınlardır. Çünki Peyğəmbər (S.A.V.) «qadın və uşaqların öldürülməsini qadağan etmişdir»[1]. Həmçinin Peyğəmbər (S.A.V.) belə əsirləri mal-dövləti payladığı kimi bölərdi.
Digər qism isə əsirliyə görə kölə olmur. Bunlar həddi büluğa çatmış kişilərdir. Rəhbər belə əsirlərə qarşı bu kimi davrana bilər: Ya onları öldürtdürər, ya kölə edər, elə-belə azad edər, yaxud pul ilə sata və ya dəyişə bilər.  Bunların hansı məqsədəuyğun sayılırsa onu edə bilər.
Uca Allah buyurur: «Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz...»[2].
Peyğəmbər (S.A.V.) Bənu Qureyzə qəbiləsinin əsir düşmüş kişilərini öldürtmüş, Bənu əl-Mustəliq qəbiləsinin əsir düşmüş kişilərini isə köləliyə vermişdir. Əbul As ibn Ər-Rəbiini, Sumamə ibn Əsalı isə elə belə azad etmişdi. Bədr döyüşündə əsir düşənləri isə pul ilə azad etmişdi. Səhabələrindən iki nəfəri, bənu əqil qəbiləsindən olan müşriklə dəyişmişdi. Uca Allah buyurur: «(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin!...»[3].

 
[1] Buxari: 6/ 148/ № 3015. Müslim: 3/ 1364/ № 1744. Əbu Davud: 7/ 329/ № 2651. Tirmizi: 3/ 66/ № 1617. İbn Macə: 2/ 947/ № 2841.
[2] əl-Ənfal: 67.
[3] Muhəmməd: 4.