Qənimətlər

    13.04.2015

Döyüşdən sonra qənimətlər bölünür. Onun beşdə dördü döyüşçülərə verilir. Piyadalılara bir, süvarilərə isə üç pay düşür.
Uca Allah buyurur: «...Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın və Peyğəmbərindir...»[1].
İbn Ömər (A.R.O.) deyir ki, «mən qənimətlərin beş yerə bölündüyünü və sonra püşk atıldığını görürdüm. Peyğəmbər (S.A.V.) özünə düşən payı istədiyi kimi paylayırdı».
Eyni rəvayətçinin digər hədisində belə deyilir: «Peyğəmbər (S.A.V.) Xeybər günü qənimətləri böldü və süvarilərə üç pay ayırdı. İki pay ata, bir pay isə at sahibinə görə»[2].
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) süvari döyüşçüyə üç, piyadalıya isə bir pay qənimət verdi»[3].
Qənimət payı yalnız beş şərtə cavab verənlərə düşür. Həmin şərtlər bunlardır: Müsəlman olmaq, həddi büluğa çatmaq, aqil olmaq, azad və kişi cinsli olmaq. Əgər bu şərtlərdən biri olmazsa həmin adama əvvəldə deyilən qədər deyil, bir az pay verilir. Çünki belələrinə cihad etmək vacib sayılmır.
Əbul Ləhmin köləsi Umeyr deyir ki, mən Xeybər günü mövlamla birlikdə döyüşdüm. Həmin vaxt mən kölə idim. Buna görə də mənə qənimətdən pay ayrılmadı. Mənə bir qılınc verdilər. Onu belimə bağlayanda yerlə sürünürdü[4].
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) qadınları döyüşə aparar və onlar yaralıları müalicə edərdilər. Onlara qənimətdən ayrıca pay ayrılmaz, amma bir az mal-dövlət verilərdi»[5].
 

 
[1] Ənfal: 41.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2303. İbn Macə: 2/ 952/ № 2854. Mətndəki rəvayət onundur. Eyni hədisi “Xeybər” sözü olmadan bu alimlər rəvayət etmişlər: Buxari: 6/ 67/ № 2863. Müslim: 3/ 1383/ № 1762. Əbu Davud: 7/ 404/ № 2716.
[3] Hədis səhihdir. əl-İrva: № 1227. Beyhəqi: 6/ 293.
[4] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2304. Tirmizi: 3/ 58/ № 1600. Əbu Davud: 7/ 402/ № 2712. İbn Macə: 2/ 952/ № 2855.
[5] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1151. Müslim: 3/ 1444/ № 1812. Əbu Davud: 7/ 399/ № 2711. Tirmizi: 3/ 57/ № 1958.