Əhd bağlamaq

    13.04.2015

Əhd bağlamaq, rəhbərin və ya onun müavininin, bir dəstə kitab əhlinə və ya başqa kafirlərə öz küfrlərində qalmalarına dair iki şərtlə razılıq verməsidir: Birinci şərt cizyə vermək, ikinci şərt isə ümumi İslam qanunlarına riayət etməkdir[1].
Bu əhdin əsası uca Allahın bu ayəsidir:
«Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun»[2].

 
[1] Fiqhus Sünnə: 3/ 64.
[2] Tövbə: 29.