Cizyənin miqdarı

    13.04.2015

Muaz (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) məni Yəmənə göndərərkən əmr etmişdi ki, həddi büluğa çatan hər bir əhd bağlayan kafirdən bir dinar, yaxud onun dəyərində paltar alım»[1].
Cizyəni artırmaq da olar. Demək Əsləm deyir ki, «Ömər ibn əl-Xəttab (A.R.O.) qızıl sahiblərinə dörd dinar, gümüş sahiblərinə isə qırx dirhəm cizyə verməyi əmr etmişdi. Bundan başqa (vəzifəsini icra etmək üçün) onların yanına gələn müsəlmanların qida ilə təmin olunmasını və üç gün qonaq saxlanılmasını da onlara tapşırmışdı»[2].
Rəhbər cizyəni təyin edərkən çətinlikləri və asanlıqları nəzərə almalıdır. Demək İbn Əbu Nəcih deyir ki, mən Mücahidə dedim: Nə üçün Şam camaatı dörd, Yəmən camaatı isə bir dinar cizyə verir? O dedi: «Bu, onların vəziyyətinin asan və ya çətin olmasına görə təyin edilmişdir»[3].

 
[1] Hədis səhihdir. əl-İrva: № 1254. Əbu Davud: 8/ 287/ № 3022.
[2] Rəvayət səhihdir. əl-İrva: № 1261. Beyhəqi: 9/ 195.
[3] Rəvayət səhihdir. əl-İrva: № 1260. Buxari: 6/ 257. Rəvayəti müəlləqdir.