Bu əmələ təşviq:
Uca Allah buyurur: «Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! (O) bir kölə azad etməkdir;...»[1].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Uca Allah, müsəlmanı köləlikdən azad edən kəsi, azad etdiyi kölənin hər bir əzasının əvəzində onun da əzalarını cəhənnəmdən xilas edər»[2].
Əbu Musa əl-Əşari (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Üç qism insanlar öz savablarına iki dəfə nail olacaqlar: Əhli kitabdan olub öz peyğəmbərinə iman gətirib, sonra Muhəmmədin peyğəmbərliyini görüb ona iman gətirib, yoluna tabe olub və onu təsdiqləyibsə onun iki savabı vardır. Allahın və ağasının haqqını layiqincə yerinə yetirən kölə iki savab qazanır. Qadın köləsi olub ona yaxşı himayədarlıq edib, sonra onu gözəl əxlaqla tərbiyələndirib, gözəl elm öyrədib, onu azad edib və sonra onunla evlənibsə o da iki dəfə savab qazanır»[3].