Saziş imzalamaq (ərəb. əl-Kitabə)

    13.04.2015

Tərifi[1]:
Ərəb dilində “əl-Kitabə” sözü, kölənin müəyyən bir şeyin əvəzində azad olunmasına dair müqavilə bağlamaq mənasına gəlir.
Hökmü:
Əgər kölə öz ağasına: “mənimlə, məni azad edəcəyin barədə müqavilə bağla” – deyib müraciət edərsə və kölə sahibi onun qazanc əldə etmək iqtidarında olduğunu görərsə onun müqavilə bağlaması vacibdir.
Uca Allah buyurur: «...Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin...»[2].
Musa ibn Ənəs deyir ki, Sirin adlı bir nəfər Ənəsdən, köləlikdən azad olunmaq üçün müqavilə bağlamasını tələb etdi. O, varlı idi, amma bundan imtina etdi. Sirin, Ömərin (A.R.O.) yanına gəlib şikayətləndi. Ömər ona müqavilə bağlamasını əmr etdi. Amma o imtina etdi. Ömər onu çomaq ilə vuraraq bu ayəni oxudu: «əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin...». Bundan sonra Ənəs onunla müqavilə bağladı[3].

 
[1] Fəthul Bari: 5/ 184.
[2] ən-Nur: 33.
[3] Rəvayətin sənədi səhihdir. əl-İrva: № 1760. Buxari: 5/ 184. Onun rəvayəti müəlləqdir.