Müqavilə bağlayan (mükatib) kölənin satılması
Müqavilə bağlayan kölə razı olarsa onun satılması məqbul sayılır.
Amrə bint Əbdürrəhman deyir ki, «Bureydə gəlib, Möminlərin anası Aişədən (A.R.O.) kömək istədi. Aişə ona dedi: Əgər sənin ağan istəyirsə mən sənin dəyərini onlara ödəyim və səni azad edim. Mən bunu edə bilərəm. Bureydə deyilən təklifi onlara çatdırdı. Onlar isə dedilər: Xeyr, (köləmizi azad edib onunla) əl-vəla bağlılığı bizim olmalıdır». Hadisənin rəvayətçisi Malik deyir ki, Yəhya deyərdi ki, Amrənin dediyinə görə Aişə (A.R.O.) bu xəbəri Peyğəmbərə (S.A.V.) çatdırmış və o da belə demişdir: «Onu al və azad et. Əl-Vəla bağlılığı köləni azad edənə məxsusdur»[1].
[1] Buxari: 5/ 194/ № 2564. Müslim: 2/ 1141/ № 1504.