Kişi öz qadınını yatağına dəvət etdikdə qadını imtina edə bilərmi?

    18.01.2014
Sual: 
Salam aleykum. Eger qadin heyat yoldashi ile cinsi elaqede olmaq istemirse, heyat yoldashi ise bunu isteyirse, qadin bunu etmeye mecburdumu? Eger mecburdursa, bes niye mecburdur? Qadin axi istemir.
Cavab: 

Və aleykum Salam. Hər şeydən öncə onu qeyd edək ki, dində məcburiyyət yoxdur. Daha sonra bilmək lazımdır ki, Uca Allah Qurani Kərimdə buyurur: "Sizin üçün, onlarla (qadınlarla) ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır". (ər-Rum, 21).
Qadın bilməlidir ki, ərə getdikdən sonra valideynlərindən çox ərinə itəat etməlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Allahdan qeyrisinə səcdə etmək icazəli olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim". (İbn Məcəh, 2/1852).
Qadın heç bir zəruri və üzüzrlü səbəb olmadan əri ilə yaxınlıq etməkdən imtina etməməlidir, çünki bu çox pis əhval-ruhiyyə ilə müşayiət olunur. Qadının halı olmaz və ya xəstə olarsa, əri onu cinsi yaxınlığa çağıranda imtina edə bilər. Ər ilə arvad arasında daima qarşılıqlı hörmət və anlaşma hökm sürməlidir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər". (Muslim, 3525).

 

Teqlər: 
Paylaş: