Bu namazın hökmü

    14.04.2015

Kişi və qadınlara bayram namazını qılmaq vacibdir. Çünki Peyğəmbər (S.A.V.) daim bu namazı qılar və camaata da əmr edərdi. Ummu Atiyyə deyir ki, «bayram günü bizə bakirə qızları və evli qadınları namazgaha çıxarmaq əmr olunurdu»[1].
Həfsa bint Sirin deyir ki, biz qızlarımızı bayram günü namazgaha çıxmağı qadağan edirdik. Bir nəfər qadın gəlib Bənu Xəlf qəsrində məskunlaşmışdı. Mən də onun yanına gəlmişdim. O mənə danışdı ki, onun bacısının əri Peyğəmbərlə (S.A.V.) birlikdə on iki döyüşdə iştirak etmiş, bacısı isə bu döyüşlərin altısında onunla bərabər olmuşdu. Bacısı deyirmiş ki, biz xəstələrə baxar, yaralılara yardım edərdik. Bir dəfə həmin qadın Peyğəmbərə (S.A.V.) deyir: Ey Allahın elçisi, əgər birimizin geyinməyə cilbabı (üst paltarı) olmazsa bayram namazına gəlməyə bilərmi? Peyğəmbər (S.A.V.) dedi: «Qoy rəfiqəsi ona cilbab (üst paltarı) versin, onlar da bu xeyirli işə və möminlərin dualarına qoşulsunlar»[2].

 
[1] Buxari: 2/ 463/ № 974. Müslim: 2/ 605/ № 890. Əbu Davud: 3/ 487/ № 1124. Tirmizi: 2/ 25/ № 537. İbn Macə: 1/ 414/ № 1307. Nəsai: 3/ 180.
[2] əl-Mişkat: № 1431. Buxari: 2/ 469/ № 980.