Cənazə namazı

    14.04.2015

Peyğəmbərin (S.A.V.), hədislərində buyurduğu əmrlərinə əsasən, ölmüş müsəlman üçün cənazə namazı qılmaq Fərzul Kifayədir (yəni, bir qrup insan bu namazı qılsa digərlərinin boynundan məsuliyyət düşər).
Demək Zeyd ibn Xalid əl-Cuhəni (A.R.O.) deyir ki, Peyğəmbərin (S.A.V.) səhabələrindən biri Xeybər günü vəfat etdi. Onlar bu haqda Peyğəmbərə (S.A.V.) xəbər verdikdə o, dedi: «Yoldaşınız üçün cənazə namazı qılın». Bu sözdən sonra camaatın üz-gözü bürüşdü. Peyğəmbər (S.A.V.) isə dedi: «Sizin yoldaşınız Allah yolunda olarkən xəyanət etmişdir». Rəvayətçi deyir ki, biz onun çantasını axtardıq və orada qiyməti heç iki dirhəm olmayan yəhudilərə məxsus bir qiymətli daş tapdıq.[1]

 
[1] Hədis səhihdir. əl-Cənaiz: səh. 79. Əbu Davud: 7/ 378/ № 2693. İbn Macə: 2/ 950/ № 2848. Nəsai: 4/ 64.