Cənazəni apararkən tələsmək vacibdir: Addımlar, qaçış addımları deyil, sadəcə iti addımlar olmalıdır

    15.04.2015

Demək Peyğəmbər (S.A.V.) belə deyir: «Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə siz onu xeyirə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz»[1].
Cənazəni apararkən ona yaxın dayanmaq şərti ilə, onun önündə, arxasında, sağında və solunda getmək olar. Yalnız minik üzərində olan kimsə cənazənin arxasında getməlidir. Demək, Muğirə ibn Şöbə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: «Minikdə olan, cənazənin arxasında, piyada isə istədiyi tərəfdə gəlsin»[2].
Lakin cənazənin arxa tərəfində getmək daha yaxşıdır. Bu məfhum, Peyğəmbərin (S.A.V.) aşağıdakı sözündən də bəllidir: «Cənazələrin ardınca gedin».
Bunu Əlinin (A.R.O.) sözü də təsdiq edir. O, demişdir: «Bir kimsənin camaatla qıldığı namaz tək qıldığı namazdan necə üstündürsə, cənazənin arxasınca getmək də önündə getməkdən bir o qədər yaxşıdır»[3].

 
[1] Buxari: 3/ 182/ № 1315. Müslim: 2/ 651/ № 944. Əbu Davud: 8/ 469/ № 3165. Tirmizi: 2/ 1020. Nəsai: 4/ 42.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3533. Tirmizi: 2/ 248/ № 1036. Nəsai: 4/ 55. Əbu Davud: 8/ 467/ № 3164.
[3] Rəvayətin sənədi həsəndir. əl-Cənaiz: səh. 74. Beyhəqi: 4/ 25.