Qidalara qatılan qatqı maddələrinin hökmü nədir?
Aleykum salam. Müsəlman qazancının, yeməyinin, içməyinin halal olmasına xüsusi diqqət yetirməli və bu məsələdə də şəriət əhkamlarına riayət etməlidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bədənini haramla bəsləyən üçün axirətdə şiddətli cəzanın olacağını bildirmişdir: "Hər bir haram qida ilə bəslənən bədən Cəhənnəm odunda yanmağa daha layiqdir". (ət-Tabərani, "Sahih əl-Cəmi" əsəri, 4519). Uca Allah buyurur: "Sən onların bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görürsən. Onların tutduqları əməllər necə də pisdir!" (əl-Məidə, 62). Haram qida həmçinin möminin duasının qəbul olmasına ciddi bir maneədir. Bu səbəbdən, halal qidanı əldə etmək daha çətin və ya baha olsa da, ona can atmaq lazımdır.
Qidalara qatılan maddələrlə bağlı alimlərin müxtəlif fətvalarında deyilir:
- Qida üçün olmayan məhsulların (pomada, sabun, diş pastası və s.) tərkibində donuz piyinin olmasına aid dəqiq sübut yoxdursa (mötəbər təşkilatlardan və ya digər inanılmış mənbələrdən), onlardan istifadə etmək olar.
- Qidanın tərkibindəki donuz piyi və ya digər haram maddələr hər hansı kimyəvi təsir vasitəsilə digər maddəyə çevrilibsə, ibn Qeyyim və bəzi digər alimlər bunu halal görüblər. Üzüm halal olduğu halda ondan alınmış şərabın haram olduğu kimi, haram bir maddədənin də başqa maddəyə çevrilməsi halal olur, çünki alınmış maddədə haramdan heç bir əlamət qalmır. Amma haram maddə heç bir kimyəvi çevrilməyə məruz qalmamış, olduğu kimi qidanın tərkibinə qatılırsa, bu halda həmin qida haram olur.
- Qidanın tərkibində haram maddələrin olduğunu araşdırmaq lazımdırmı? Müsəlman dövlətlərində istehsalına dövlət tərəfindən nəzarət olunan qida məhsullarının tərkibini araşdırmağa ehtiyac yoxdur. Bildiyimiz kimi, ölkəmizdə də "halal" standartı tətbiq olunur. Üzərində "halal" nişanı qeyd edilmiş məhsullara dövlət nəzarətindən keçir və tərkibini araşdırmaq lazım deyil. Digər məhsulların tərkibində haram qatqıların olmasına aid sübut və ya güclü zənn varsa, bu halda çəkinmək lazımdır. Nu'man ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu iksinin arasında bəzi şübhəli məsələlər vardır ki, insanların əksəriyyəti bunların (hökmünü) bilməzlər. Kim bu şübhəli məsələlərdən çəkinərsə, öz dinini və şərəfini qorumuş olar. Kim də bu şübhəli şeylərə duşərsə (əməl edərsə), harama düşmüş olar...". (əl-Buxari, 52; Muslim, 1599). Həsən ibn Əli (Allah onlardan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşidib yadda saxlamışam: "Sənə şübhəli olanı, şübhəli olmayanla dəf et!..." (ət-Tirmizi: "Qiyamət", 60/2518; Əhməd, 1630; İbn Hibban, 722; ən-Nəsəi, 5615).
Qeyd edək ki, bu məsələdə şeytana qapı açmaq olmaz. Alimlərin fətvasında yalnız "sübut və ya güclü zənn" deyilir, "şübhə" yox. Şübhələrə uyaraq hər şeydən çəkinmək insanın dində azmasına gətirə bilər. Həmçinin oxuyun:
QİDALAR
Haram qidalar