Ümrənin rükunları

    15.04.2015

1. İhram: Bu, ümrəyə başlamaq üçün niyyət etməkdir. Belə ki, Peyğəmbər (S.A.V.) buyurmuşdur: «Həqiqətən əməllər niyətlərə görədir»[1].

 2. Təvaf və səy etmək: Uca Allah buyurur: «...qədim evi (Kəbəni) təvaf etsinlər!»[2]

Digər ayədə isə buyurulur: «Həqiqətən Səfa və Mərva Allahın əlamətlərindəndir (ibadət nişanə­lərindən­dir)...»[3].
Peyğəmbər (S.A.V.) də demişdir: «Səy edin, Allah sizə səy etməyi vacib etmişdir»[4].

3. Saçı qırxmaq və ya qısaltmaq: Demək İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim özü ilə, qurbalığını daşımırsa onda Kəbəni təvaf edib, Səfa və Mərva dağlarını səy etdikdən sonra saçını qısaldıb ehramdan çıxsın»[5].

 
[1] Buxari: 1/ 9/ 1. Müslim: 3/ 1515/ 1907. Əbu Davud: 6/ 284/ 2186. Tirmizi: 3/ 100/ 1698.İbn Macə: 2/ 1413/ 4227. Nəsai: 1/ 59.
[2] əl-Həcc: 29.
[3] əl-Bəqərə: 158.
[4] Hədis səhihdir. əl-İrva: № 1072. Əhməd: 12/ 76/ № 277. Hakim: 4/ 70.
[5] Buxari: 3/ 539/ № 1691. Müslim: 2/ 901/ № 1227. Əbu Davud: 5/ 237/ № 1788. Nəsai: 5/ 151.