Əri ölən qadın nə etməlidir?

    15.04.2015

O, iddəti bitənə qədər yas saxlamalıdır.
Qadının yası, özünə bəzək-düzək vurmamaq, ətirlənməmək, qızıl zinətlərini taxmamaq, rəngli paltar geyinməmək, xına qoymamaq və gözünə sürmə çəkməməkdir.
Ummu Atiyyə deyir: «Bizə ölü üçün üç gündən artıq yas saxlamaq qadağan olunurdu. Yalnız ər üçün dörd ay on gün yas saxlamağa icazə var idi. Bu müddətdə sürmə çəkməz, ətirlənməz, boyanmış paltar geyinməzdik. Geyindiyimiz paltar adi və birrəng olardı. Heyz adətindən sonra təmizləndikdə (ətirlənmək məqsədi ilə deyil, pis qoxuların aparılması üçün) bəzi ətirlərdən istifadə etməyə icazə verilmişdi. Həmçinin cənazəni müşayiət etmək də bizə qadağan idi»[1].
Ummu Sələmə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əri ölmüş qadın sarı və ya qırmızı rəngli paltar geyinməz, qızıl əşyası taxmaz, xına qoymaz və sürmə çəkməz»[2].

 
[1] Buxari: 9/ 491/ № 5341. Müslim: 2/ 1128/ № № 938. Mətndəki rəvayətə oxşar hədisi, bu alimlər rəvayət etmişlər: Əbu Davud: 6/ 411/ № 2285. Nəsai: 6/ 203. İbn Macə: 1/ 674/ № 2087.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2020. Əbu Davud: 6/ 413/ № 2287. Nəsai: 6/ 203. Onun rəvayətində, "qızıl əşya" – qeyd olunmur.