Alqı-satqının icazəli olması
Uca Allah buyurur: «Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir...»[1].
Digər ayədə isə buyurulur: «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin...»[2]. Həkim ibn Hizam (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə rəvayət edir: «Alqı-satqı edənlər ayrılana qədər ixtiyar sahibidirlər»[3].
Müsəlmanlar alqı-satqının icazəli olmasını yekdilliklə qəbul etmişlər. Bunu məntiq də qəbul edir. Çünki əksər hallarda insana lızım olan şey başqasının ixtiyarında olur. Ola bilər həmin adam istənilən şeyi deyilən adama verməsin. Alqı-satqının icazəli olması məqsədə çatmaq üçün rahat bir vasitədir[4].