Doğru olmağa təşviq, yalançılıqdan çəkinmək
Həkim ibn Hizam (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Alqı-satqı edənlər ayrılana qədər ixtiyar sahibidirlər. Əgər onlar bu işdə doğru olub, eybləri gizlətməsələr onların alqı-satqısına bərəkət verilər. Yox əgər eyibləri gizlətsələr və yalan danışsalar alqı-satqının bərəkəti heç olar»[1].
Uqbə ibn Amir (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Müsəlman müsəlmanın qardaşıdır. Eyibi olan malı müsəlman qardaşına satıb onun eyibini açmamaq, satana halal deyildir»[2].
Alış-veriş işlərində asanlaşdırmağa və səxavətli olmağa təşviq
Cabir ibn Abdullah (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Satarkən, alarkən və haqqını tələb edərkən mülayim olan şəxsə Allah rəhm etsin!»[3]