Əl-Mülaməsə və əl-Münabəzə (mala baxmadan) alış-verişi

    15.04.2015

Əbu Hureyrə (A.R.O.) deyir ki, «iki növ alış-veriş qadağan edilmişdir: əl-Mülaməsə və əl-Münabəzə.
əl-Mülaməsə: bir nəfərin başqasının satdığı paltara səthi əl vurub almasıdır.
əl-Münabəzə: iki nəfərin bir-birinin satdığı paltara baxmadan alış-veriş etməsidir»[1].
Əbu Səid əl-Xurdi deyir ki, «Peyğəmbər (S.A.V.) bizə iki növ alış-verişi və iki növ paltarı qadağan etmişdir: alış-verişdə, əl-Mülaməsə və əl-Münabəzə etməyi qadağan etmişdir:
əl-Mülaməsə: bir nəfərin başqasının satdığı paltara gecə və ya gündüz vaxtı əl sürtüb almasıdır.
əl-Münabəzə: iki nəfər, satdıqları paltarları bir-birinə təqdim edir, baxmadan və razılaşmadan alış-veriş edirlər»[2].

 
[1] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 938. Müslim: 3/ 1152/ № 1511.
[2] Müslim: 3/ 1152/ № 1512. Mətndəki rəvayət onundur. Buxari: 4/ 358/ № 2144 ,  2147. Əbu Davud: 9/ 231/ № 3362. Nəsai: 7/ 260.