İslamda hicab məcburidirmi?

    19.01.2014
Sual: 
Salam aleykum. Sevdiyim insan dindardir. O meni hicaba kechmeye, uzun geyimlere mecbur edir. Men hele hicaba hazir deyilem. Bunu etmeye qelbimde hele ki, istek yoxdur. Bilirem ki, inshallah ne vaxtsa oda olacaq. Amma bu o demek deyil ki, men kafirem. Allahima dualar edirem, geyimimde normal geyimdir. Amma meni uzun geyimlere, hicaba ve evden chole chixmamaga mecbur edir.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islamda məcburiyyət yoxdur. Uca Allah buyurur: "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir...". (əl-Bəqərə, 256).
"(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən. Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir". (əl-Ğaşiyə, 21-26).

Lakin Uca Allah qadına örtünməyi də vacib buyurub: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)". (ən-Nur, 31).
Həmçinin digər bir ayədə belə buyurulur: "Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin...". (əl-Əhzəb, 33).
Siz çalışın həyat yoldaşınıza itaət edəsiz, sözünə qulaq asasız, və qarşılıqlı mehribançılıq şəklində həyatınızı davam edəsiz. Çünki islamda ərə itaət etmək qadın üçün mühüm və vacibdir məsələlərdəndir. Bir qadın peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yanına gələrək, kişinin öz qadını üzərində hansı hüququ olduğunu soruşduqda, peyğəmbərimiz belə buyurdu: "Ərə itaət etmək və ona qarşı üsyan etməmək".
Digər səhih bir hədisdə peyğəmbər belə buyurub: "Gündəlik namazlarını qılan, Ramazan ayının orucunu tutan, Allahın evini ziyarət edən (imkan daxilində), öz ərinə itaət etməyi özünə vacib bilən hər bir qadın, cənnətin qapılarının hansı birindən istəsə, daxil ola biləcək".
Allaha dua edin ki, Uca Allah hicaba keçməyi sizin üçün asanlaşdırsın.

Teqlər: 
Paylaş: