Əxlaqsız filmlərə və şəkillərə baxmaq günahdırmı?

    19.01.2014
Kimdən: 
Sual: 
Salam aleykum. Erotik kinolara ve ya shekillere baxmaq gunah (zina) sayilirmi? Sag olun!
Cavab: 

Aleykum salam. Bəli, günah sayılır. Ümumiyyətlə dinimizə görə zinakarlığı tərənnüm edən çirkin filmlərə və ya şəkillərə baxmaq günahdır. Bu xüsusda Uca Allah belə buyurur:
"(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!,  Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)". (ən Nur, 30-31).
 

Paylaş: