Çox günah edib öləndə "lə iləhə illəllah" deyən şəxs Cənnətə girirmi?

    03.06.2015
Kimdən: 
Məhəmməd
Sual: 
Salam aleykume.Peyğəmbərimiz deyibki kim öləndə LƏ İLƏHƏ İLLALLAH desə cənnətə girər?bəs bu günahları çox olan insanada məxsusdur
Cavab: 

Aleykum salam. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Kimin son kəlməsi "Lə İləhə İlləllah" olarsa, Cənnətə daxil olar". (Əbu Davud, 3116, 3118). 
"Ölüm ayağında olan ölülərinizə "Lə İləhə İlləllah" kəlməsini dedizdirin". (Muslim; Əbu Davud; ət-Tirmizi və başqaları).
Bu hədislərin şərhində alimlər demişlər

  • Uca Allah insana ona ibadət etmək və onun razılığını qazandıran əməllər etmək üçün ömür vermişdir. Cənnətə düşmək istəyən, Allahın rəhmətinə ümid edən insanlar öz ömrünü bu yöndə yaşamalıdır. Bura ilk növbədə tövhid inancına sahib olmaq (rəbb olaraq yalnız Allahı qəbul etmək və ibadətləri yalnız onun üçün etmək, ona heç bir şeydə şərik qoşmamaq), Allaha ibadət etmək, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinmək və digər şeylər daxildir. Uca Allah buyurur: "Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110).
  • Son kəliməsi "lə iləhə illəllah" olanın Cənnətə daxil olacağı bildirilsə də, bu kəliməni deməyi Allah heç də hamıya nəsib etmir. Məşhur islam alimi İbn əl-Qeyyim (rahiməhullahu) "Dərd və dəva" kitabında buna çoxlu misallar gətirmişdir. Ətrafdakı insanlar nə qədər çalışsalar da, günahkar insanlar bu kəlməni deməmişlər.
  • Tövhid inancına sahib olan, amma böyük günahlar edən müsəlmanlar bir müddət Cəhənnəmdə qaldıqdan sonra Cənnətə girəcəklər. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sonda hətta qəlbində xardal dənəsi qədər iman olanın Cəhənnəmdən çıxacağını demişdir. (əl-Buxari, 6861; Muslim, 285). Amma Cəhənnəm əzabı o qədər şiddətlidir ki, müsəlman ora bir anlıq belə düşməkdən qaçmalıdır. Müasir dövrümüzdə məşhur müsəlmanlardan biri həmişə cibində kibrit gəzdirərdi. Günah etmək istəyərkən kibriti yandıraraq barmağına tutardı və özünə deyədi: "Sən buna dözə bilmirsən, Cəhənnəm əzabına necə dözəcəksən?!"
  • Bu hədis qəflətən ölən, şəhadət kəlməsini deməyə macal tapmayan insanların Cənnətə girməyəcəyini bildirmir
Teqlər: 
Paylaş: