İslamda haqq yol hansıdır?

    19.01.2014
Sual: 
Salam aleykum bu sunnu shieni ayririlare, sonra da bashka dinler niye ayririlar? Hansilar duzdu biz hansi yol ile gedirik?
Cavab: 

Aleykum salam. İslam dini məzhəblərə və təriqətlərə bölünməyi qadağan edir. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali İmran, 103).
"Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir". (Ali İmran, 105).

Uca Allah Qurani Kərimdə buyurur ki, Onun sevgisini qazanmağın yolu Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabe olmaqdır. Necə ki, Uca Allah buyurmuşdur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).
"Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr, 7).

Ona görə də Qurani Kərimi və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həyatını oxuyun, onun nəyə dəvət etdiyini və nəyi qadağan etdiyini öyrənin, sonradan uydurulmuş yeniliklərdən çəkinin, bu zaman inşallah, haqq yol sizə aydın olacaq.

Paylaş: