Heyvanlar üçün cənnət və cəhənnəm vardırmı?

    21.01.2014
Kimdən: 
allahin qulu
Sual: 
Esselemu aleykum. Men bunu sual etmek isteyirem ki, heyvanlarin cenneti ve cehennemi, orucu ve ya gunahi varmi..... bagishlayin narahat etdiyim uchun sag olun.
Cavab: 

Aleykum salam. Bu barədə Uca Allah belə buyurur: "Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman". (ət-Təkvir, 5).
"Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın təkliyini qəbul edib, şəninə təriflər deyirlər. Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir". (əl-Ənam, 38). 
Qiyamət günü heyvanlar biri digərindən haqqını alacaqdır. Əbu Hureyrəyə (radıyəllahu anhu) istinadən rəvayət olunan hədisdə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə söylədiyi xəbər verilir: "Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan öz haqqını alacaq". (Muslim "əl-Birr val-Sılə val-Ədəb", 4679).
Başqa bir hədisdə belə deyilir: "Uca Allah məxluqları olan cinlər, insanlar və heyvanlar arasında hökm kəsəcək. O gün buynuzsuz qoç ilə buynuzlu qoç arasında hökm olunacaq, belə ki, birinin digəri qarşısında ödənilməmiş haqqı qalmayacaq. Sonra Allah Təala buyuracaq: "Torpaq olun! Həmin anda kafir deyəcək: "Kaş ki, torpaq olardım!".
Hədislərdən göründüyü kimi Qiyamət günü heyvanlar biri digərindən öz haqqını aldıqdan sonra Uca Allah onlara: "Topraq olun!" deyəcək və onların hamısı topraq olub öləcəklər. Onlar nə cəhənnəmdə əzab çəkəcək, nə də Cənnətə daxil olacaqlar.   
 

Paylaş: