Qadın yanında məhrəmi olmadan xaricə təhsil almağa gedə bilərmi?

    01.06.2015
Sual: 
Salam aleykum .mən qizam. Yanimda məhrəmim olmadan xarici ölkəyə təhsil almağa gedə bilərəm? Və ya Bacimla ?Buna dair hədis var?
Cavab: 
Aleykum salam. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Allaha və axirət gününə inanan bir qadına bir gecə və bir gündüz davam edən bir məsafəyə yanında məhrəmi olmadan səfərə çıxması halal deyil". (Səhih əl-Buxari "Təqsirus-Salət", 4; Səhih Muslim "Həcc", 419, 422, №: 1339; İmam Malik "Muvatta", "İstizan", 37; Sunən Əbu Davud "Mənasik," 2; Sunən ət-Tirmizi "Rada",15).
Həmçinin demişdir: "Bir qadın yanında əri, yaxud da kəbin düşməyən bir yaxını (qohumu) olmadan iki günlük məsafəyə getməsin!" (Səhih əl-Buxari "Muhsar", 37; Səhih Muslim "Həcc", 415, 416, №: 827).
Habelə digər bir hədisdə belə buyurmuşdur: "Heç bir qadın yanında bir məhrəmi olmadıqca yola çıxmasın, qadının yanında məhrəmi olmadıqca yanına heç bir kişi girməsin!" Peyğəmbərin bu xəbərdarlığının üstündən səhabələrdən biri belə dedi: "Ya Rəsuləllah! Mən bu əsgərlərin arasında döyüşə çıxmaq istəyirəm. Halbuki, mənim xanımım Həccə getmək istəyir. Nə buyurursunuz?" Rəsulullah: "Sən də öz xanımınla birlikdə get", – dedi. (Səhih Buxari "Muhsar", 424 №: 1341).
Məhrəm dedikdə qadının atası, doğma, yaxud süd qardaşı, nəvəsi, kürəkəni, qayınatası, əri, əmisi, dayısı, babası və s. nəzərdə tutulur.
Teqlər: 
Paylaş: