Yeməkdən sonra hansı duanı oxumaq lazımdır?

    22.01.2014
Sual: 
Esselemu aleykum va rahmetullahi va beraketuhu. Bilmək istərdim ki, yeməkdən sonra tekce "elhemdülileh" demək kifayətdir yoxsa başqa dua da oxunmalıdır? Oxunmalıdırsa (deyilməlidirsə) nə deyilir? Allah zehin açıqlığı versin.
Cavab: 

Aleykumus-salam və rahmətullahi və bərakətuhu. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) yeməkdən sonra bu duanı oxumağı buyurmuşdur: "Əlhəmdulilləlil-ləzi ət'aməni həzə və razəqənihi min ğayri havlin minni va lə quvvah". (Bunu mənə yedizdirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!).
Həmçinin: "Əlhəmdulilləhi həmdən, kəsiran, tayyibən, mubarəkən fihi, ğayra məkfiyyin, va lə muvaddəin, va lə mustəğnə anhu rabbənə".
(Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, (sonsuz),ardı-arası kəsilməyən, hər kəsin möhtac olduğu bir həmd!)

Paylaş: