Bəd əlamətlərə inanmaq vərdişindən xilas ola bilərəm?

    11.06.2015
Kimdən: 
SUAL VEREN
Sual: 
Bir sual da vermek isterdim. Menim bezi adetlerim var. Meselen mueyyen seylere inanmag ayaqqabini cutlemesen nese olar, ozune arxasizliq-yeni qapinin baglanib baglanmamasina 10 dwfeden baxmag ve ya basqa seyler. Bunu nece defede bilerem. Yeni bu nedi bele? Ozume de gulunc gelir amma yene de edirem. Verdis kimi olub bilmirem nece edim?
Cavab: 

Salam aleykum. Bəd əlamətlərə inanmaq vərdişinin olması imanın zəifliyindən, Allahı yaxşı tanımamaqdan qaynaqlanır. Allahı tanımaq, dini öyrənmək üçün vaxt ayırın, bu mövzuda kitablar oxuyun və dərslərə qulaq asın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə nəsihət et­mişdir: "Allahın dinini qoru ki, Allah da səni qorusun. Allahın dinini qorusan, Onu qarşında görərsən! İstədikdə, yalnız Allahdan istə, kömək dilədikdə, yalnız Allahdan kömək dilə! Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar, Allahın yazdığından başqa bir şeylə sənə fayda verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün bir yerə toplansalar, Uca Allahın sənə qarşı yazdığından başqa bir şeylə sənə zərər verə bilməzlər. Artıq qələmlər qaldırılmış, səhifələr də qurumuşdur". (ət-Tirmizi, 2516; "Səhih əl-Cami", 7834). Həmçinin oxuyun:
Bəd əlamətlərə inanma!
İmanı artırmaq üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: