Uydurma hədislər yazılan kitabları oxumaq olarmı?
Sual:
Salam aleykum. Mən bir kitab almışam türklərin Peyğəmbərimizin həyatı haqqında yazdığı kitabdır. Orda sizdən soruşduğum ama sizin yalnış hədis dediyiniz bir hədisi yazıblar. Kainatın Peyğəmbərimizin nuru şərəfinə yaradıldığına aid hədis Mən o kitabı oxuyum yoxsa yox? bəlkə xeyirli şeylər də var deyə düşünürəm bir də çox pul vermişəm kitaba həm də Peyğəmbərimizin həyatını çox oxumaq istəyirəm. birdə siz dediyiniz kitabları tapa bilmirəm köməkçi olsaz sevinərəm. Allah razı olsun.
Cavab:
Aleykum salam. Belə kitabları qətiyyən oxumaq olmaz, çünki onlar insanın dində azmasına, şeytanın şübhə və vəsvəsələrinə səbəb ola bilər. Həmin kitabları yalnız alimlər və elmdə qüvvətli olanlar tənqid, müsəlmanları çəkindirmək və oradakı şübhələrə cavab vermək məqsədi ilə oxuyurlar. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) həyatı ilə bağlı səhih kitabları internetdən PDF şəklində tapa bilərsiniz, həmçinin elm tələbələrinin audio dərslərinə qulaq asa bilərsiniz.