Dua edərkən əlləri qaldırmaq yalnız İslamdadırmı?

    20.06.2015
Kimdən: 
Fighter
Sual: 
Dua edərkən əlləti qaldırmaq qaydası yalnız islamdadı.??yoxsa digər dinlərdədə var??ALLAH RAXI OLSUN
Cavab: 

Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əlin içini açaraq dua etməyi buyurmuşdur: "Sizin Rəbbiniz Həyalı, Kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır". (Əbu Dəvud, 1490; İbn Məcəh, 3998). Digər dinlərin bəzilərində barmaqları bir-birinə keçirmək və başqa formalarda dua edirlər. Amma əlin içini açaraq dua etməyin yalnız İslamda olub-olmadığını deyə bilmərik. Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim?

Teqlər: 
Paylaş: