Kişilərə uzun saç saxlamaq icazəlidirmi?
Aleykum salam. Kişilər uzun saç saxlaya bilərlər. Amma bunun sünnə olduğunu demək, yəni bunu edənin savab qazandığını demək yanlışdır. Hədislərdə Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) saçının bəzən qulağının ortasına, bəzən qulağının aşağısına, bəzən isə çiyninə qədər çatdığı bildirilmişdir. Ənəs ibn Malik (radıyəllahu anhum) rəvayət edir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) saçı (uzunluğu) qulaqlarının ortasına kimi idi. (Muslim, 2338).
Qatadə (Allah ondan razı olsun) deyir ki, Ənəsdən (radıyəllahu anhum) soruşdum: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) saçı (saçının uzunluğu) nə qədər idi? O belə dedi: Nə tam qıvrımsaç idi, nə də saçı düz, uzun deyildi. Saçının uzunluğu qulağının (aşağı) ətinə çatırdı". (Buxari, 5905; Muslim, 2338).
Alimlərdən Muhəmməd ibn Saleh əl-Useymindən (rahiməhullahu) saçı uzatmaq və çoxaltmaq haqqında, bu əməlin sünnə olub-olmaması haqqında soruşduqda o, belə cavab verdi: "Xeyr, bunu etmək sünnədən deyil. Çünki, peyğəmbərin saçını (bəzən) uzatması ona görə idi ki, o dövrdəki insanlar saçlarını uzadardılar. Ona görə də o, bir uşağın saçının bir hissəsinin qırxılmış, digərinin saxlanıldığını gördükdə ona belə dedi: "Ya saçın hamısını qırx, ya da hamısını tərk elə!" Əgər saçı uzatmaq gərəkli olsaydı deyərdi ki: "saçını (olduğu kimi) saxla!" Ona görə də, əgər elə yerdə olsan ki, orada insanlar saçlarını (qeyd olunan qaydadan həddi aşmamaq şərtilə) uzadırlar, sən də bunu et! Əks təqdirdə isə etmə!" (Liqau-l-Bəb əl-Məftuh, səh: 22).