Fala baxmaq günahdırmı?
Aleykum salam. İslamda falın hər bir növü küfr kimi böyük yeddi həlak edici günahlardan biri hesab olunur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə, 90).
"...dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır...". (əl-Maidə, 3).
Təfsir alimləri deyir ki, ayələrdə keçən fal oxları sözü, falın hər bir növünə şamil olunur. Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim kahinin (fala baxanın) yanına gedərsə, və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur". (ət-Tirmizi "Təharət", 102).