Cinsi həvəsi artıran preparatlardan istifadə etmək olarmı?
Sual:
Salam.uzur istirem sualima gore .indiki zemaneda cinsi hevesi artiran pereparatlar vardir ve erle arvadin bu derman pereparatlarindan istifade etmesi gunahdirmi?
Cavab:
Aleykum salam. Sağlamlığa zərər verməmək şərtilə ər-arvad cütlüyü cinsi həvəsi artıran vasitələrdən istifadə edə bilərlər. Təbii vasitələr daha zərərsizdir. Bu vasitər barədə həm İslam alimləri, həm də tibb alimləri ətraflı məlumatlar vermişlər. Onlara misal olaraq, xurma tozu, ud-hindi, güldəfnə, püstə, keçibuynuzu, yemiş tumu və s. göstərmək olar.
Süni vasitələr, dərmanlar isə həkim məsləhəti ilə istifadə edilir. Bu vasitələrin bəziləri müvəqqəti həvəs yaratsa da, sonradan orqanizm bunun əvəzini ödəyir. Kanadada keçirilmiş tədqiqata əsasən, Viaqra adlanan dərmanı istifadə etmiş 8500 nəfərin 16%-də başağrıları, üzdə qızarma, istilik, təzyiqin düşməsi və s. hallar müşahidə olunmuşdur.