Dua edərkən istədiyimiz şeyi təsəvvürümüzə gətirə bilərimki?
Sual:
Salam. Dua ederken ne ucun ve ya kım ucun dua edırıkse dua zamanı o seyı veya shexsın uz sımasını gozumuzu yumub xeyal edıb dua ede bılerık?? dua ederken duanın qebul olacağına umid edmek dogrudurmu??
Cavab:
Və aleykum Salam. Duanın qəbul olunmasına səbəblərdən biri də dua edərkən fikri toplamaq, Allaha ürəkdən yalvarmaqdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bilin ki, Allah qafil qəlbdən çıxan duanı qəbul etməz" (Tirmizi, 3707). Daha ətraflı:
Duanın qəbul olunması üçün səbəblər
Duanın ədəbləri