Dua edərkən "Allahım, inanıram ki, dualarımı qəbul edəcəksən!" demək olarmı?

    26.06.2015
Sual: 
Salam men dua ederken Allaha sonda deyıremkı Allahım and olsun ızzet ve celalına kı ınanıram duamı qebul edeceyıne ıstedıyımı vereceyıne. Duz mu edırem?? Ya gunahdırmı???
Cavab: 

Aleykum salam. Dua edərkən qeyd etdiyiniz kimi demək günah deyil. Dua edərkən qəbul olmasına ümidli olmaq, duanın ədəblərindən sayılır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir ki, qoy (hər kəs Allaha dua etdikdə) qətiyyətlə dua etsin. Çünki heç kəs Onu nəyəsə vadar edə bilməz. O demişdir: "Sizdən heç kəs de­mə­­sin ki: “Allahım, əgər istəyirsənsə, məni bağışla, Allahım, əgər istəyir­sən­sə, mə­nə rəhm et!” Qoy hər kəs qətiyyətlə dua etsin. Çünki heç kəs Allahı nə­yəsə vadar edə bilməz." (əl-Buxari, 6338)
Həmçinin oxuyun: Duaların qəbul olunması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: