Duaların gec qəbul olunması haqqında aşağıdakı kimi hədis varmı?

    05.08.2015
Kimdən: 
shebo
Sual: 
Men allaha dua ederken coox ınamla dua edırem ıcımde coooox boyuk umıd var kı allah qebul edecek AMIN. Eshıtdıyıme gore allah duaları qebul eder lakın meleklere deyer kı bu duanı qebuk edın ama bıraz gec verın bu bendemın bu halı gozel haldır bırde ne vaxt bele hal tapacaq. Duzdurmu??? Her defe bu soz yadıma dushur ve qelbımde ınam daha cox olur kı allah qebul edıb lakın daha da cox yalvararaq dua etmeyımı ısteyır. Bununla gunah edırem mı???
Cavab: 

Salam aleykum. Bu mövzuda bir çox hədislər rəvayət olunsa da, əksəriyyəti zəifdir. Səhih olanı isə yalnız budur: "Cəbrayıl (aleyhis-sələm) ehtiyacların ödənilməsi vəkil təyin olunmuşdur. Əgər mömin bir bəndə Allahı çağırarsa, Allah onu sevərək o duasını daha da artıması üçün Cəbrayıla onun duasını təxirə salın deyər. Əgər kafir bir bəndə Allahdan istəyərsə, ona nifrət olaraq Cəbrayıla deyər ki, ona istədiyini verin, ona istədiyini verin". (İbn Əbu Şeybə: "əl-Musannəf", 6/112). Həmçinin oxuyun:
Dualarım qəbul olmur, nə edim?
Allah kimləri sevir?

Teqlər: 
Paylaş: