Nəzir orucu tutmaq
Aleykum salam. Şəriətə görə Allaha yaxınlaşdıran mənəvi ibadətlərlə, məsələn; (oruc, namaz, dəstəmaz, dua və.s buna bənzər əməllərlə) niyyət, şəirət dilində desək nəzir etmək olar. Sizin Allah qarşısında söz verdiyiniz bir aylıq nəzir orucu da bu əməllər sırasındadır. Bunun elədə çətin bir qaydası yoxdur. Qaydası sadəcə adi halda və ya Ramazan ayında tutulan oruclar kimidir. Məlumat üçün onu da qeyd edək ki, şəriətdə mal-mülk, maddiyyat ilə edilən nəzir bəyənilmir. Buna dində paxıl nəziri deyirlər. Məsələn; Nəzir edilir ki, ey Allahım filan işim düzəlsin və ya filan arzum gerçəkləşsin sənin yolunda qurban kəsəcəm və ya filankəsə filan qədər sədəqə verəcəm. Belə nəzir növü islamda bəyənilmir. Amma hətta bu şəkildə nəzir edilərsə, mütləqdir ki, Allah qarşısında nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Bu fikir mötəbər islam alimlərinin Quran və Sünnəyə (peyğəmbərin yolu) uyğun olaraq gəldiyi qənaətdir.