Qadın yanında məhrəmi olmadan həccə gedə bilərmi?

    08.07.2015
Sual: 
Salam Aleykum.Eger qadinin heyat yoldawi yoxdursa qizyla ya bacsiyla hecc ziyaretine gede bilermi.Men bir ereb aliminin fetvasini oxudumki qadin mehremi olmadan yola (hecce) cixa bilmez.Eger qadinin qardawlarida dindar deyil ve onunla ziyarete getmezse.Qadin ne etmelidir? Tek gede bilermi? Yaxud bawqa muselmana pul verib onu yola sala bilermi ? Eger bele etse ozu getmiw kimi sayilir yoxsa sadece savabi var? Birde yol haqqini verib gondereceyi wexs yalniz qohum olmalidir yoxsa yad wexs de ola biler.Bagwliyin uzun uzadi sual yazdim.xaiw edrem etrafli cavab verin cox onemlidir.Salam Aleykum
Cavab: 

Aleykum salam. Xeyr, qadının yanında məhrəmi olmadan uzaq səfərə çıxması icazəli deyil. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir qadın yanında bir məhrəmi olmadıqca yola çıxmasın, qadının yanında məhrəmi olmadıqca yanına heç bir kişi girməsin", – deyə buyurdu. Peyğəmbərin bu xəbərdarlığının üstündən əshabələrdən biri belə dedi: "Ya Rəsuləllah! Mən bu əsgərlərin arasında döyüşə çıxmaq istəyirəm. Halbuki, mənim xanımım Həccə getmək istəyir. Nə buyurursunuz? Rəsulullah: "Sən də öz xanımınla birlikdə get", – dedi. (Səhih əl-Buxari "Muhsar", 424, №: 1341).
"Bir qadın yanında əri, yaxud da kəbin düşməyən bir yaxını (məhrəmi) olmadan iki günlük məsafəyə getməsin!" (Səhih əl-Buxari "Muhsar", 37; Səhih Muslim "Həcc", 415, 416, №: 827). 
Məhrəm dedikdə qadının atası, doğma, yaxud süd qardaşı, nəvəsi, kürəkəni, qayınatası, əri, əmisi, dayısı, babası və s. nəzərdə tutulur. Əgər bu şəxslərdən biri ilə getməsi alınmırsa, onda Uca Allaha bunu nəsib etməsi üçün çoxlu dua etməli və səbr etməlidir. Başqa müsəlmanların həcc etməsinə yardım etmək savabı çox böyük olan əməllərdəndir, amma özünün həcc etməsinə bərabər deyil.
Həccə göndərdiyi adam həm qohum, həm də yad ola bilər. Ümumən digərlərinə nisbətdə qohuma yardım etmək, yaxşılıq eləmək, ona sədəqə vermək daha üstün sayılır. Allah Elçisi demişdir: "Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələ­rini möhkəmlətmək savabı". (Sunən ət-Tirmizi, 658). Həmçinin təqvalı (Allahdan qorxan), ixlaslı (səmimi) olan müsəlman olması daha yaxşıdır. Həmçinin oxuyun: HƏCC BÖLÜMÜ

Teqlər: 
Paylaş: