Dua etdikdə dodaqlar tərpənməlidirmi?

    11.07.2015
Sual: 
salam aleykum .1dua etdikde dodaq terpenmelidirmi.2.yorgun olduqda sunnetleri qilmasam olarmi?3.insanlari videoya cekmek olarmi?4yatdiqda uzu yuxari ,yana cox yata bilmirem.olarmi uzu awagi yatim?
Cavab: 

Və aleykum Salam.

  1. Dua edərkən dodaqları tərpətməmək olar, az da olsa tərpətmək isə daha yaxşıdır. Uca Allah buyurur: "Allah qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır". (ər-Ra'd, 9). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) de­miş­dir: "Uca Allah buyurur: "Qulum dodaqlarını tərpədərək Məni yad etdikcə Mən onunlayam". (İbn Məcəh, 3792). Hədisdəki "Mən onunlayam" - ifadəsinin mənası, "Mənim yardımım, müvəffəqiyyətim və onu məqsədinə çatdırmağımla onunlayam" - deməkdir. Həmçinin, başqa bir hədisdə deyilir: "Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Huneyn günlə­ri Fəcr namazından sonra dodaqlarını nə isə (deyərək) tərpə­dirdi. Biz onun əvvəllər belə etdiyini görmədik. Biz dedik: "Ey Allahın Elçisi! Biz sənin əvvəllər belə etdiyini görmədik. Dodaqlarını tərpədərək bu dediklərin nədir?" O, belə cavab verdi: "Sizdən öncə yaşamış bir peyğəmbərin ümmətinin çoxluğu onu heyran etdi və o, belə dedi: "Heç vaxt, heç bir şey bunları məhv edə bilməz". Allah ona belə vəhy etdi: "Ümmətin üçün üç şeydən birini seç; ya onların üstünə özlərindən başqa düşmən salacağıq ki, onları ayaq altına salsın; ya onlara aclıq; ya da ölüm gön­dərəcəyik". O, (ümmətilə) məşvərət etdi və onlar dedilər: "Düş­mənə gəlincə, bizim onlara gücümüz çatmaz. Aclığa gəlincə isə, biz ona dözə bilmərik. Lakin biz ölümü seçirik". Allah da onlara ölüm göndərdi və üç gün ərzində yetmiş min nəfər öldü. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "(Həmin peyğəmbər) onların çoxluğunu görən­də (deyə bilmədiyini) mən indi belə deyirəm: "Allahım! Səninlə (düşmənə) hiylə qururam, Səninlə hücum edirəm və Sənin sayən­də döyüşürəm". (İmam Əhməd, 18176). Həmçinin oxuyun: Dualarım qəbul olmur, nə edim?
  2. Bəli, yorğun olduqda sünnət namazlarını qılmamaq olar
  3. Bəli, islami çərçivələrdən çıxmamaq şərtilə insanları videoya çəkmək icazəlidir
  4. Üzü üstə yatmaq bəyənilmir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Yatağına girdiyin vaxt namaz üçün dəstəmaz aldğın kimi dəstəmaz al, sonra sağ böyrünün üstünə uzan, bu duanı oxu (yuxarıdakı dua nəzərdə tutulur) və bu duanın sözləri yatmamışdan qabaq sənin axırıncı sözlərin olsun!" (Buxari: "Vudu", 75; Muslim: "Zikr", 56).
Teqlər: 
Paylaş: