İçki olan toya getməyib pul göndərmək olarmı?

    17.07.2015
Kimdən: 
Ülvi
Sual: 
Salam alekum. 1) İçkinin haram olduğunu bilirik və içki olan məclisdə də iştirak etmek olmaz.Hər hansı bir şəxs spirtli içki olan toya dəvət etsə ora getməyib,toya pul göndərmək olarmı? 2)Əgər bir evə qonaq getsək yemək gəldiyi zaman ev sahibi yaxud qonaqlardan digəri süfrəyə spirtli içki gətirsə o zaman necə hərəkət etmək lazımdır?
Cavab: 

Aleykum salam.

  1. Yaxın dostluq, qohumluq əlaqələrinə görə imtina mümkün deyilsə və ya toy sahibinə borcunuz varsa, bu zaman toya pul göndərmək olar.
  2. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən bir kimsə pis bir iş görərsə, onu əli ilə dəf etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəf etsin ki, bu da imanın ən zəifidir". (Muslim).  Məclisdəkilərə bunun günah olduğunu nəsihət edə bilərsinizsə etmək, əks halda məclisi tərk etmək lazımdır. Həmçinin oxuyun: ​İçki içməyin günahı
Paylaş: