Muhəmməd peyğəmbərin Tövratdakı vəsfləri
Abdullah ibn Amr ibn əl-Asdan Allah Elçisinin salləllahu aleyhi və səlləm Tövratdakı vəsfi barədə soruşdular. O dedi: Bəli, Vallahi ki, onun Quranda vəsf edilən bəzi sifətləri Tövratda belə vəsf edilmişdir:
“Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi, xəbərdar edən və yazıb-oxumaq bilməyən ümmiləri müdafiə edən olaraq göndərdik. Sən Mənim qulum və elçimsən. Sənə Mütəvəkkil (təvəkkül edən) adını verdim. O Peyğəmbər nə sərt ürəkli, nə kobud, nə də bazarda qışqır-bağır salan birisi deyildir; pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayar. Onun vasitəsilə əyri yolda olan milləti “lə iləhə illəllah” deyib düzəlməyincə, Allah onu Öz yanına aparmaz; və bu (tövhid kəlməsi) sayəsində kor gözləri, kar qulaqları və bağlı qəlbləri açar”. (əl-Buxari 1981, 2125).