Şiə təriqətindən Sünni təriqətinə keçmək olarmı?
Sual:
salam.şiə teriqetinden sunni teriqetine kecmek gunahmi sayilir?eslinde bolunmemelidir.ancaq hansi teriqetin namazini qilmaq lazimdir?
Cavab:
Aleykum salam. Ümumən hansısa bidətçi (dində yenilik edən) firqədən ayrılaraq dini Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu kimi yaşamağa başlamaq günah yox, savabdır, həmçinin bunu etmək vacibdir. Məsələn, pirə gedərək Allahdan başqasına dua etmək, ölülərə yalvarmaq, Allahdan başqasını çağıraraq "Ya Filankəs" demək kimi şirk əməllərin və ya dində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etmədiyi əməlləri etməyin icazəli olduğunu deyənlərdən ayrılaraq həyatınızı və ibadətlərinizi Quran və səhih hədislərə əsaslanıb yenidən qurmaq həm savabdır, həm də vacibdir. Həmçinin oxuyun: Sünni və şiə nədir və bunlardan hansı doğrudur?