Qohumlarımdan çoxlu haqsızlıq gördüyüm üçün indi özümü tənha hiss edirəm...

    21.07.2015
Kimdən: 
Ayka
Sual: 
Salam. Men Azerbaycanda cox problemler yasamis biriyem, axirda basimi goturub qacdim. Hazirda cox inkisaf etmis olkede yasayirm. Normal isim, gelirim var, ailem de yanimda yasayir. Amma getdikce heyat mene maraqsiz gorunur. Burdaki insanlarla cox yaxin ola bilmirem, cunki bizim milletin duyagoruslerinden ferqlidir heyata baxislari. Amma Azerbaycandan da hec kimle yaxin ola bilmirem, cunki hem men deyismisem, hem de ard-arda facieler yasayanda ekser qohumlar, dostlar menden sebesiz uz donderdilar, hec aylarla 1 telefon zengi bele etmediler. Indi hemin insanlarla nece derdimi bolusum, yeni artiq ele de derdim yoxdu bolusmeye, ammma adi unsiyyet qurmaga hec kimi tapa bilmirem. Aile qurmaq da isteyirem, amma o da qurbetde cetindir. Ovladim da var, ona gore cox xosbextem, amma hiss edirem ki getdikce izolyasiyaya dogru gedirem. Bura geldiyimden her addimimda ALLAHin komeyini hiss ediem, amma yene de hiss edirem ki icimde cox tenhayam, qebul ede bilmirem ki men facieler yasayanda niye mene o cur dogma insanlarin isi menden qiybet etmek oldu. Indi cox pesmandirlar, halalliq isteyirler, amma men barisa bilmirem.
Cavab: 

Aleykum salam. Qohumlarla əlaqəni kəsmək sözsüz ki, tənhalığa gətirib çıxarır. Uca Allah qohumluq əlaqələrini kəsməyi qadağan etmiş, bağışlamağa isə təşviq etmişdir.

Bir kişi Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlar isə mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlar isə mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlar isə mə­nim­lə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimi­dirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın da­vam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziy­yətlərini dəf edən) köməkçi olar”. (əl-Buxari “Ədəbul-Mufrad” 52).
Bir nəfər Peyğəmbərin yanı­na gəlib dedi: “Məni Cənnətə yaxınlaşdıra­caq və oddan uzaq­laş­dıracaq bir əməl haqda xəbər ver ki, onu yerinə yetirim”. Peyğəmbər buyurdu: “Heç bir şeyi Allaha şərik qoşma­dan Ona ibadət et, namaz qıl, zəkat ve­r və qohumluq əlaqələrini möhkəmlət!” Adam dönüb get­dik­dən son­ra Pey­ğəm­bər dedi: “Əgər ona əmr edilənləri yerinə yetirsə, Cənnətə daxil olar”. (Muslim, 106)

Uca Allah buyurur:
"Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur" (Fussilət, 34-35)
"Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir." (Ali-İmran, 133-134)

Əgər onlar peşmandırlarsa və halallıq istəyirlərsə, bu onları bağışlamaq üçün daha bir səbəbdir. Səhabələrdən biri hər gecə yatmamışdan əvvəl belə deyərdi: "Ya Rəbbim! Bu gün müsəlmanlardan hansının mənim onlar üzərimdə haqqım varsa, hamısına haqqım olsun!" Allah Rəsulu bu məsələdən agah olduqda onu bu xislətinə görə bütün səhabələrin içində cənnətlə müjdələmişdir". (Buxari, Muslim) Həmçinin oxuyun: Qul haqqı barədə

Teqlər: 
Paylaş: