Ərimin pulu ilə valideynlərimə nəsə alanda qaynanamdan gizləyə bilərəmmi?

    25.07.2015
Kimdən: 
sebiş
Sual: 
Salam Aleykum.men yoldaşımdan heç bir sözü heçneyi gizlemirem.ama qaynanam biraz ayrl cür xasiyetli oldugu ücün anama atama nese alanda verende qaynanamdan gizliyirem demirem birce yoldaşım bilir meni narahat edir bu günahdırmı.çünki arxamca danışdıgını bilirem.her şey alır verir isdemir menim nese vermeyimi.buna göre birce yoldaşımdan soruşub alıram verirem neyisede.sualıml cavablandırdıgınız üçün önceden teşekkür edirem
Cavab: 

Aleykum salam. Əsas məsələ, ərinizin xəbərdar olması və razı olmasıdır. Fitnə çıxacağından qorxursunuzsa, qaynananızdan gizləyə bilərsiniz. Ərinizin malını qorumaq, onun icazəsi olmadan xərcləməmək isə üzərinizə düşən ən vacib vəzifələrdəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Kişinin Allahdan qorxmaqdan sonra görə biləcəyi ən böyük xeyir, əməlisaleh qadındır. Belə qadın ər əmr etdikdə o itaət edər, ona tərəf baxdıqda sevinər, and içdirsə andı qəbul edər. Kişi onun yanında olmayanda onun adını və malını göz bəbəyi kimi qoruyar". (İbn Məcəh). 
Həmçinin ərinizin valideynləri ilə gözəl davranmaq da əsas vəzifələrdəndir. Daha ətraflı: Qaynanamla yola getmirəm, nə edim?

Teqlər: 
Paylaş: