Ölmüş körpə üçün ehsan vermək və ya Quran oxutdurmaq olarmı?

    23.01.2014
Sual: 
Doğuşdan iki gün sonra ovladımı itirdim. Onun üçün ehsan verə və ya yasin oxuya bilərəmmi?
Cavab: 

Aleykum salam. Ölü üçün Quran oxumaq və ya ölmüş bir insan üçün ehsan vermək dində sonradan meydana gəlmiş yeniliklərdəndir. Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət (dində yenilik) zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır". (Əbu Davud, 4067; ən-Nəsai, "Sunən", 3/188). Başqa bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari, 2034, "Kitabus-Sulhi" 2697; Muslim, 1718). Allah sizə səbr versin və onun əvəzində xeyirli övlad nəsib etsin. Ölmüş körpə isə məsum olduğuna görə Cənnət əhlindən sayılır. 

Teqlər: 
Paylaş: