Ərim mənə maraq, qayğı göstərmirsə, boşanma tələb edə bilərəmmi?

    02.08.2015
Kimdən: 
leman
Sual: 
Salam yoldasim menimle eyni yataqda yatmir ayri otaqlarda yatiriq herden keyfine dusende olmaqdan otru meni yanina cagirir ona etiraz etsem gunah olmaz onuda qeyd edimki yoldasim basqa dul qadini sevir.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır". (əl-Bəqərə, 228). Ailədə həm kişi, həm də qadın bir-birinin haqlarını ödəməyə mükəlləfdirlər. Qadının qeydinə qalmaq, öz yediyindən onu da yedirtmək, geyim və digər zəruri ehtiyacları təmin etmək, onunla maraqlanmaq, onunla birlikdə vaxt keçirmək və vaxtaşırı yaxınlıq etmək də qadının kişi üzərində olan haqlarındandır. Şəriətdə qadının vacib haqları ödənmədikdə boşanma tələb etməsinə icazə verilmişdir. Amma bu, ümumi hökmdür. Bu hökmü götürərək şəriətdə buyurulmuş qaydaları yerinə yetirmədən boşanma tələb etmək böyük xətadır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə Cənnətin iyi ona haram olar". (İbn Məcəh: №: 1672; Əbu Dəvud: 6/308, № 2209; Tirmizi: 2/329, №: 1199).
Ona görə də, heç kim konkret ailədəki vəziyyəti bilmədən bu məsələdə məsləhət verə bilməz. Şəriətlə idarə olunan ölkələrdə bu hökmü qazı verir. Ola bilsin ki, bu vəziyyətin səbəbi qadının əri üçün bəzənməməsi, ona kifayət qədər diqqət göstərməməsi və s. olmuşdur. Həmçinin ola bilər ki, kişi öz arvadını hansısa məsələdə tərbiyələndirmək üçün yatağını ondan müvəqqəti ayırmışdır. Bu halda qadın vəziyyəti dəyişməyə cəhd etməlidir. Bununla yanaşı, namaz qılmalı, gecə namazlarında və duaların qəbul olunan digər vaxtlarında Allaha çoxlu dualar etməlidir. Uzun müddət bunun üzərində səbr etdikdən sonra vəziyyət dəyişməsə, həm kişi, həm də qadının qohumlarından əməli saleh və hörmətli insanlar onlara nəsihət edirlər. Əgər bu da nəticə verməsə, boşanmağa icazə verilir. Boşanmış qadın 3 dəfə heyz olub təmizlənənə qədər ərə getməyərək gözləməlidir. Bu müddətdə əri ilə yenidən barışsa, bu, onun üçün bəyənilən və gözəl əməldir. Amma barışmayaraq başqası ilə ailə qurmasında da heç bir günah yoxdur. Həmçinin, yenidən ailə qurmağın çətin olduğu müasir dövrdə qadın boşandıqdan sonra nə edəcəyini yaxşı-yaxşı düşünüb götür-qoy etməli və bu qərarı verməzdən qabaq böyüklərlə məsləhətləşməlidir. Mövzu ilə bağlı dəlillərlə daha ətraflı: Ərim mənimlə maraqlanmır, nə edim?
Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: