Sevgililər oruclu vaxt əl-ələ tutub gəzə bilərlərmi?

    25.07.2015
Kimdən: 
Rəsul
Sual: 
Salam. Zehmet olmasa sualıma bir cavab deyərdiniz. Mən bilmək istəyirəm ki, orucluq vaxtı mən sevgilimlə gəzərkən onun əlindən tuta bilərəmmi? Bir də ki, oruc olan zaman bir birimizi öpə bilərikmi? Ya üzdən ya da dodaqdan?
Cavab: 

Aleykum salam. Kəbini olmayan qız və oğlan bir-birinə naməhrəmdir. Naməhrəmlərin istər Ramazanda, istərsə də digər vaxtlarlarda əl-ələ tutması, gəzməsi, söhbət etməsi və s. günahdır. Daha ətraflı:
Sevgililər bir-biri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?
Orucu pozan amillər

Paylaş: