Nigahdan öncə oğlanın qarşısına 2-ci zövcə almayacağına dair şərt qoymaq olarmı?
Aleykum salam. Bu cür şərt qoymağın haram olduğunu deyən alimlər olsa da, daha səhih görüşə əsasən, qadının nigah zamanı gələcək ərinə ikinci zövcə almayacağına dair şərt qoyması icazəlidir. Əgər kişi bu şərti pozarsa, günah daşıyır və qadının boşanma hüququ var. Həmçinin ayrı otaqlarda və ya evlərdə qalmağa aid də şərt qoymaq olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Şərtlər arasında yerinə yetirilməyə ən çox layiq olan şərt, nigah zamanı qoyulan şərtdir, çünki bununla cütlüklər (namusları) bir-birilərinə halal olur". (əl-Buxari, 2721-2572; Muslim, 1418).
Uca Allah buyurur: "Əhdə vəfa edin! Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 34).
"Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır". (əs-Saff, 2-3).
Şəriətə zidd olan şərtlərin qoyulması isə qadağandır. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanlara nə olur ki, Allahın kitabında olmayan şərtləri qoşurlar? Allahın kitabında olmayan şərt yüz dəfə də qoyulsa batildir". (əl-Buxari, 2155; Muslim, 1504).